Azərbaycan Basketbol Liqasında XI turun daha iki oyunu keçirilib.
Azərbaycan Basketbol Liqasında XI turun daha iki oyunu keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, "Sərhədçi" İdman Mərkəzində "Sərhədçi" "Quba" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 97:78 hesablı qələbəsi ilə bitib. Bakı İdman Sarayında isə "Şəki"ni qəbul edən "Abşeron Lions" rəqibini 107:82 hesabı ilə üstələyib. Qeyd edək ki, XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında "Ordu" "Naxçıvan"ı (86:64), "Sumqayıt" "Lənkəran"ı (99:95) məğlub edib.

Xəbəri paylaş
Facebook-da paylaş








