BDU-ya iki yeni prorektor təyin edildi

 

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.

Universitetdən verilən məlumata görə, rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib.

Ali məktəbin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə isə Şahin Məhəmməd oğlu Pənahov təyinat alıb.

BDU-nun xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova isə universitetin Xarici dillər kafedrasında pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə öz arzusu əsasında tutduğu vəzifədən azad olunub.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}