Səudiyyə Ərəbistanı mayın 17-dən sərhədləri açacaq

 

Səudiyyə Ərəbistanı sərhədləri açır və mayın 17-dən etibarən öz vətəndaşları üçün digər ölkələrə səyahət məhdudiyyətlərini ləğv edəcək.


Şəffaflıq.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ölkənin Daxili İşlər Nazirliyi bildirib.


Nazirlik qeyd edib: "17 may 2021-ci il yerli vaxtla saat 01: 00-dan etibarən vətəndaşlar üçün səyahət məhdudiyyətləri ləğv ediləcək və digər ölkələrlə su, quru və hava əlaqələri açılacaq".


Əcnəbilər Səudiyyə Ərəbistanına gəldikdən sonra məcburi 14 günlük karantində qalmalı olacaqlar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}