Səudiyyə Ərəbistanı sərhədlərini tamamilə bağladı

 

Səudiyyə Ərəbistanı səlahiyyətliləri koronavirusun mutasiyasına görə beynəlxalq hava əlaqələrini tamamilə dayandırmağa, quru sərhədlərini və dəniz limanlarını bağlamağa qərar verib.

Şəffaflıq.az məlumat verir ki, SPA agentliyi krallığın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, məhdudiyyət bir həftə ərzində qüvvədə qalacaq:

“Hökumət Səhiyyə Nazirliyinin bir sıra ölkələrdə yeni koronavirus ştamının yayılması ilə əlaqədar məlumatlarına əsaslanaraq, bu virusun mahiyyəti barədə məlumatlar aydınlaşana qədər əhalinin təhlükəsizliyini təmin etmək üçün xüsusi hallar istisna olmaqla bütün beynəlxalq uçuşların dayandırılmasına qərar verib”.

Artıq gələn təyyarələr ölkəni tərk edə biləcək.

Səudiyyə Ərəbistanına qayıdanlar iki həftə təcrid olunmalı və koronavirus testindən keçməlidirlər.

Son üç ayda ölkəyə gələnlər anticisim testi verməlidirlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}