Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanı mayın 17-dən sərhədləri açacaq

Səudiyyə Ərəbistanı mayın 17-dən sərhədləri açacaq


3-05-2021, 08:08

 

Səudiyyə Ərəbistanı sərhədləri açır və mayın 17-dən etibarən öz vətəndaşları üçün digər ölkələrə səyahət məhdudiyyətlərini ləğv edəcək.


Şəffaflıq.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ölkənin Daxili İşlər Nazirliyi bildirib.


Nazirlik qeyd edib: "17 may 2021-ci il yerli vaxtla saat 01: 00-dan etibarən vətəndaşlar üçün səyahət məhdudiyyətləri ləğv ediləcək və digər ölkələrlə su, quru və hava əlaqələri açılacaq".


Əcnəbilər Səudiyyə Ərəbistanına gəldikdən sonra məcburi 14 günlük karantində qalmalı olacaqlar.

Geri qayıt