Bazar gününə olan hava haqqında məlumat açıqlandı


 

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 11-13 dərəcə, gündüz 19-23 dərəcə isti,  Bakıda gecə 11-13 dərəcə, gündüz 21-23 dərəcə  isti olacaq.

Atmosfer təzyiqi  763 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət gecə 65-75 , gündüz 45-50 faiz  olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə duman olacaq. Şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  11-16 dərəcə  isti, gündüz  24-29 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz  15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz 

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki,  bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.  


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}