Təhsil Nazirliyi bu universitetlərin diplomunu tanımır - SİYAHI

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında iki göstərici üstünlük təşkil edir.

Şəffaflıq.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, səbəblərdən biri tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması, digəri isə təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmamasıdır.

Qeyd edək ki, 2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir.

Həmin ali təhsil müəssisələri tələbələr ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzunlara diplom təqdim edir. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır.

Sözügedən ali təhsil müəssisələrinin siyahısını diqqətinizə çatdırırıq:
Ali təhsil müəssisəsiİmtina sayı
Regionlararası Heyətin İdarəolunması Akademiyası152
Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti103
İvanovo Dövlət Universiteti101
Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası101
V.N.Karazin adına Xarkov Milli Universiteti76
Dağıstan Dövlət Pedaqoji Universiteti68
Poltava İqtisadiyyat və Ticarət Universiteti68
Tbilisi Açıq Tədris Universiteti64
Avropa Universiteti60
Gürcüstan Texniki Universiteti58
Cəm85



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}