Şamaxı Rayon Təhsil Şöbəsində növbəti kadr təyinatları olmuşdur.


 

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən RTŞ-də vakant olan iki aparıcı məsləhətçi vəzifələrinə 16 mart 2021-ci il tarixdən Muradov Cəmil Akif oğlu və Sadıqzadə Firqiyyə Vahid qızı təyin ediliblər.
Muradov Cəmil Akif oğlu 17 oktyabr 1994-cü ildə Şəki şəhəri Aşağı Göynük kəndində anadan olmuşdur.  2000-ci ildə Şəki şəhər Köndələn kənd tam orta məktəbin 1-ci sinfinə  qəbul edilib və 2011-ci ildə həmin məktəbin 11-ci  sinfini bitirmişdir. 2011-2015-ci  illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Coğrafiya müəllimliyi" fakültəsində bakalavr, 2015-2017-ci illərdə isə Bakı Dövlət Universitetində “Beynəlxalq turizm və ölkəşünaslıq” ixtisası üzrə magistratura təhsili almışdır. 2016-2017-ci illərdə “Araz Supermarket” MMC-də kassir, 2017-2018-ci illərdə “ABC Telecom”, Azərbaycan Supermarket” MMC-də satış məsləhətçisi, 2018-2019-cu illərdə “Azinko Development”  MMC-də otaq xidmətçisi, 2019-2020-ci illərdə “No Limits Travel” MMC-də turların təşkili üzrə menecer vəzifəsində çalışmışdır. Subaydır.
Sadıqzadə Firqiyyə Vahid qızı 17 iyul 1995-ci ildə İsmayıllı rayonunun  Mican kəndində anadan olmuşdur. 2001-ci ildə İsmayıllı şəhər  1 nömrəli tam orta məktəbin 1-ci  sinfinə daxil olmuş, 2012-ci ildə Bakı şəhər 155 nömrəli  tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Tarix müəllimliyi" fakültəsində təhsil almışdır. 2017-2019-cu illərdə Bakı şəhər Sabunçu rayon məhkəməsində komutator vəzifəsində çalışmışdır. Subaydır.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}