Şamaxı Rayon Təhsil Şöbəsində növbəti kadr təyinatı olub.-FOTO

 Bu gün Şamaxı Rayon Təhsil Şöbəsində növbəti kadr təyinatı olub. Təhsil naziri cənab Ceyhun Bayramovun müvafiq əmri ilə İbrahimova Yaqut İsrəfil qızı M.K.Veysov adına şəhər 6 saylı tam orta məktəbə direktor təyin edilib. İbrahimova Yaqut İsrəfil qızı 1963-ci il tarixində Şamaxı rayonununda anadan olub. 1978-ci idə şəhər 5 saylı orta məktəbi (indiki Şamaxı Avropa liseyi) bitirib. 1978-1982-ci illərdə M.Ə.Sabir adına Pedaqoji texnikomunun ibtidai sinif müəllimliyi fakültəsində təhsil alıb. Daha sonra təhsilini davam etdirərək 1984-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya və coğrafiya fakültəsinə daxil olaraq, 1989-cu ildə həmin fakültəni bitirib. Universiteti bitirdikdən sonra 1989-cu ildə Şamaxı rayon Saqiyan kənd tam orta məktəbinə ixtisası üzrə müəllim təyin edilərək, 1996-cı ilə kimi orada biologiya fənnini tədris edib. 1996-2001-ci illərdə Şamaxı İnternat tipli orta məktəbdə (indiki THTFT liseyi) ixtisası üzrə müəllim, 2001-2007-ci illərdə həmin liseydə tədris işləri üzrə direktor müavini, 2007-ci ildən hal-hazıra kimi isə biologiya və coğrafiya fənnlərini tədris edərək müəllim kimi fəaliyyət göstərib. Cənab prezidentin sərəncamı ilə təhsil sahəsindəki nailliyyətlərinə görə 2005-ci ildə "Tərəqqi" medalına layiq görülüb. 2020-ci il ildə direktorların işə qəbulu imtahanının test və müsahibə mərhələlərində yüksək nəticə göstərərək 24 fevral tarixindən şəhər 6 saylı tam orta məktəbinə direktor təyin edilib. Yaqut müəlliməni Şəffaflıq.az-ın kollektivi bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edir, ona bu şərəfli və çətin işində uğurlar arzulayırıq!

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}