Göyçayda xalq şairi Rəsul Rzanın anadan olmasının 109-cu ildönümü münasibəti ilə şairin ev muzeyi ziyarət olunub._FOTO

Göyçayda xalq şairi Rəsul Rzanın anadan olmasının 109-cu ildönümü münasibəti ilə şairin ev muzeyi ziyarət olunub.
 Azərbaycan tarixən yazıçı və şairləri ilə dünyada tanınmışdır.Belə şairlərdən biri də xalq şairi Rəsul Rzadır. R.Rza, 1910-cu il mayın 19-da Göyçay şəhərində maarifpərvər ailədə dünyaya gəlmişdir.
Şəffaflıq.az xəbər verir ki, 19 may şairin anadan olmasının 109-cu ildönümüdür. Bu münasibət ilə onun ev muzeyi ziyarət edilib. Muzeyin direktoru Həsənova Solmaz bildirib ki, digər muzeylər kimi xalq şairi R.Rzanın da ev muzeyi əşyaların mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirilməsini təmin edir. Bundan əlavə 2017-ci ildə R.Rzanın ev muzeyində Azərbaycançılıq məfkurəsinə uyğun yenilənmiş mövzu ekspozisiya planına əsasən muzey 4 zaldan ibarət olub, şairin yaradıcılığının müəyyən dövrünə görə ekspozisiya zalları üzrə bölünmüşdür. Eksponatların çox hissəsi Yazıçılar Birliyinin Sədri, xalq yazıçısı Anar tərəfindən muzeyə bağışlanılıb. Muzeyin bələdçisi Gülnar Ağayeva isə qeyd edib ki, muzeydə 449 eksponat nümayiş olunur.1-ci zalda muzeyin yaranma tarixi haqqında əmr və sərəncamlar, fəxri fərmanlar,diplomlar, R.Rza haqqında ümumi məlumat vardır. Bundan başqa R.Rza poeziyasında Azərbaycançılıq məfkurəsi haqqında ulu öndərin söylədiyi fikirlər və sitatlar nümayiş olunur. Bu zalda Sosialist Əməyi Qəhrəmanı R.Rzanın aldığı mükafatlar,fəxri adlar,fotostendlər və sair nümayiş olunur. 2-ci zalda şairin uşaqlıq və gənclik illərinə aid foto materiallar, R.Rza valideynləri ilə, ədibin gənclik illəri, R.Rza ailəsi ilə,R.Rza və qohumları, R.Rzaya aid şəxsi əşyalar,Nigar Rəfibəyliyə aid foto stend, R.Rzanın müasirləri ilə foto stendi, şairin şeirlərindən ibarət parçalar, R.Rzaya məxsus pianino nümayiş olunur. 3-cü zal isə şairin yaradıcılıq otağıdır. Otaqda şairin şəxsi əşyaları, ov tüfəngi  və bunlarla yanaşı,anası Məryəm xanıma aid olan məişət əşyaları, fotostendlər,kitablar və s.nümayiş olunur. Sonuncu yəni, 4-cü zalda isə R.Rza və N.Rəfibəyliyə məxsus məişət əşyaları,suvenirlər, lampalar,çay dəsti,gül qabları, stolüstü saat, tüfəng, trümo, R.Rzanın ailəsi ilə olan foto şəkillər nümayiş etdirilməklə bərabər, N.Rəfibəylinin cehizlik xalçası qiymətli eksponatlar kimi qorunub saxlanılır. Ümumilikdə sözügedən bu muzeyin ekspozisiya zalllarında 449 eksponat nümayiş olunur.Xatırladaq ki, xalq şairi Rəsul Rzanın 100-illik yubleyinin qeyd olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu ildə sərəncam imzalamışdır.

Davud Tarverdiyev
 Göyçay

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}