DİN əməkdaşlarına vaksinin ikinci dozasının vurulmasına başlanılıb

 COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə daxili işlər orqanlarında (DİO) peyvəndlənmə kampaniyası davam etdirilir.
“Şəffaflıq.az”ın xəbərinə görə, peyvəndlənmənin əsas məqsədi ölkədə yayılmış koronavirus pondemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Bununla əlaqədar ərazi polis orqanlarında vaksinasiyanın ikinci dozası vurulur.
Eyni zamanda, vaksinasiya üçün Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Aparatında da təcili tibbi yardım otağı ayrılıb. Əməkdaşların qan təziqi, bədən hərarəti yoxlandıqdan sonra peyvənd olunurlar.
Vaksin immuniteti gücləndirərək infeksiyanın ötürülməsini məhdudlaşdırır.
Qeyd edək ki, paytaxtda DİN əməkdaşlarına vaksinin ilk dozasının vurulmasına fevral ayında başlanılıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}