Şamaxı rayonunda Covid-19 vaksinləşmə işlərinə başlanıb.-FOTO\VİDEO

Respublikamızın hər yerində olduğu kimi Şamaxı rayonunda da “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə əhalinin vaksinləşmə prosesinə başlanılmışdır.
Şəffaflıq.az xəbər verir ki,Vaksinləşmə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin müəyyən etdiyi qaydalara uyğun şəkildə “Şamaxı Mülicə-Diaqnostika Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında təşkil edilmişdir. Mərkəzdə vaksinləşmə prosesinə 3 peyvənd, 3 gözləmə, 1 qeydiyyat və 1 təcili yardım otağı ayrılmışdır. İlkin mərhələdə peyvədləmə əsasən Səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları və müxtəlif xroniki xəstəlikləri olan şəxslər cəlb ediləcəkdir.
Şamaxıda ilk olaraq vaksinləşmə prosesinə Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Ehtiram Rüstəm-zadə cəlb olunmuşdur. Peyvənd vurulduqdan sonra o, özünü yaxşı hiss etdiyini, vaksinin heç bir yan təsiri olmadığını bildirmiş, əhalini bu prosesə qoşulmağa dəvət etmişdirQeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.


Fəhmin Vüqaroğlu.
Şamaxı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}