“Moderna” şirkətinin koronavirus əleyhinə hazırladığı vaksinin 400 min dozası zay məhsul çıxdı

 

“Moderna” şirkəti koronavirus əleyhinə vaksinin bir partiyasını məhv etməyə məcbur olub.

Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu məlumatı ABŞ Prezidentinin COVID-19-a qarşı vaksin yaradılması məsələləri üzrə müşaviri Monsefa Slaui elan edib.

Tədqiqatçılar 400 min vaksin dozasının yararsız olmasını aşkar ediblər. Slauinin sözlərinə görə, buna səbəb istehsalın sonrakı mərhələsində - preparat ampulalara doldurulana qədər filtrasiya ilə bağlı problemlər olub. Bununla belə, şirkətin nümayəndələri qeyd ediblər ki, bu fakt vaksin istehsalı planının yerinə yetirilməsinə əsla təsir göstərməyəcək. Plana əsasən, bu ayın sonuna qədər 20 milyon doza vaksin istehsal edilməsi nəzərdə tutulur.

“Moderna” şirkətində vaksinin sınaqlarının son mərhələlərində 30 mindən çox insan iştirak edib. Bu vaksinin 94 faiz effektiv olması müəyyən edilib.

Belə ki, könüllülərdən yalnız 196 nəfəri COVID-19-a yoluxub. Onların 185 nəfəri plasebo peyvəndi alıb. ABŞ-ın Qida Məhsullarına və Dərmanlara Nəzarət İdarəsi vaksinin tətbiqinə razılıq verib. Bu peyvəndin 18 yaşdan yuxarı şəxslərə edilməsi məsləhət görülür.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}