İtaliyada koronavirusu məhv edən ilk vaksin hazırlanıb - Foto

 

İtaliya tədqiqatçıları dünyada koronavirusu məhv edə biləcək ilk vaksini hazırladıqlarını bildiriblər.


Bu barədə Şəffaflıq.az “Daily Mail”ə istinadən xəbər verir.

Tədqiqatçılar qeyd ediblər ki, tezliklə vaksinin insanlar üzərində sınaqlarına başlamağı planlaşdırırlar. Vaksin artıq gəmiricilər üzərində testdən keçirilib. Alimlər siçanlara iynə vurduqdan sonra onlardan anticisimlər götürüblər. Laboratoriya sınaqlarının ilkin nəticələri göstərib ki, anticisimlər koronavirusun insan hüceyrələrinə yoluxmasını dayandırmağa müvəffəq olub.


Vaksinin hazırlanması ilə məşğul olan şirkətin başçısı bildirib ki, dərmanın genişmiqyaslı sınaqları cari ilin payızına planlaşdırılıb.


"Mən bildiyim qədər, biz dünyada koronavirusu zərərsizləşdirən ilk vaksini nümayiş etdirdik", - o əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}