Çində təyyarə evlərin üzərinə düşüb: Ölənlər var

 

Çinin Szyansi əyalətinin meteoroloji xidmətinə məxsus təyyarə yaşayış evlərinin üzərinə düşüb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, hadisə Szian şəhərində baş verib. Qəza nəticəsində azı beş nəfərin öldüyü, bir nəfərin yaralandığı və üç binaya zərər dəydiyi bildirilir.

Ölənlərın hamısı təyyarədə olan xidmət əməkdaşlarıdır. Yaralanan şəxs isə təyyarənun üzərinə düşdüyü binalardan birinin sakinidir. Onun dərhal xəstəxanaya çatdırıldığı və sağlamlıq durumunun qənaətbəxş olduğu qeyd edilir.

Məlumata əsasən qəzaya uğrayan yüngül mühhərrikli “Beechcraft B300 King Air 350” təyyarəsi yağış buludlarını öyrənmək məqsədilə havaya qalxıb.

Hazırda qəzanın səbəbləri aydınlaşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}