Braziliyada futbolçular təyyarə qəzasında həlak olublar

 

Braziliyanın Portu-Nasiunal (Tokantis ştatı) şəhərində təyyarə qəzası baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Globo” nəşri bildirib.

Hadisə zamanı təyyarədə pilotdan başqa, Braziliyanın dördüncü divizionunun klubu “Palmas”ın prezidenti və dörd futbolçusu olub. Onların hamısı qəza zamanı həlak olublar.

Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan dərhal sonra uçuş zolağı yaxınlığında qəzaya uğrayıb.

"Palmas" həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verib. Komanda sabah səfərdə “Vila-Nova” klubuna qarşı oynamalı idi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}