“Al-Jazeera”nin jurnalisti dörd illik həbsdən sonra azadlığa çıxdı


 

Misirdə dörd il öncə həbs olunan Qətərin “Al-Jazeera” telekanalının jurnalisti Mahmud Hüseyn sərbəst buraxılıb.

Şəffaflıq.az “İnterfax”-a istinadən məlumat verir ki, telekanal öz əməkdaşının məhkəmə prosesi olmadan və rəsmi ittiham irəli sürülmədən Misir hökuməti tərəfindən dörd ildən çox müddət ərzində həbsxanada saxlandığını bildirib.

Qeyd edək ki, jurnalist 2016-da ildə Qahirədə ailəsi ilə birlikdə istirahət edərkən saxlanılıb. M.Hüseyn 15 saat sonra buraxılsa da, ertəsi gün yenidən saxlanılıb. Misir tərəfi onu yerli hökumətin nüfuzunu ləkələmək məqsədilə yalan məlumatların yayılmasında günahlandırsa da, rəsmi olaraq ittiham irəli sürməyib.

“Al-Jazeera” isə əməkdaşının qeyd olunan əməllərdə iştirakını təkzib edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}