Messi və atasına qarşı yeni şok ittiham


 


Argentina hökuməti milli komandanın və “Barselona”nın futbolçusu Lionel Messi ilə atasını “çirkli pullar”ın yuyulmasında ittiham edib.

Prokuror Pablo Turano bu məsələylə bağlı ittiham irəli sürüb. Bu barədə Argentina mətbuatı məlumat yayıb.

Turano 31 yaşlı hücumçuya məxsus xeyriyyə fondunun yoxlanılmasını tələb edib. Prokuror hesab edir ki, fonda daxil olan ianələrdən əldə olunan vəsait dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürülüb. Qanunsuz fəaliyyət 2012-2014-cü illərdə İspaniya və Argentinada baş verib.

Turano fondun sabiq əməkdaşlarından birinin ifadəsi əsasında ittiham irəli sürüb. O, fonda daxil olan pulların sosial layihələrin həyata keçirilməsi üçün istifadə olunmadığını bildirib.

Messi daha əvvəl vergidən yayındığı üçün məsuliyyətə cəlb edilib. 31 yaşlı hücumçu 250 min avro cərimə ödəyərək, 21 aylıq həbsdən yayınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}