Həbs edilən general Nağıyev həbsdən buraxılıb

 

Dövlət Təhlükəsizlik Xidmətinin rüşvətə görə həbs etdiyi general ev dustaqlığına buraxılıb.

Şəffaflıq.az Musavat.com-a istinadən xəbər verir ki, vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alınmasına günahlandırılan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsi Ə.Nağıyev və onunla birlikdə həbs edilən şəxslər barəsində həbs qətimkan tədbiri seçmişdi.

Məhkəmə iki gün əvvəl generalı ev dustaqlığına buraxıb.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}