Britaniyada bir gündə rekord sayda COVID-19-a yoluxma qeydə alınıb

 

Britaniyada son sutkada 41 385 nəfər koronavirusa yoluxub ki, bu da pandemiyanın başlamasından bu yana görülən ən yüksək göstəricidir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Hazırda koronavirusa yoluxanların ümumi sayı 2 329 730 nəfərə çatıb. Son sutka ərzində 357 nəfər isə koronavirusa görə həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusa görə ölənlərin ümumi sayı 71 109 nəfər olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}