İranda ötən sutka ərzində yeni növ koronavirus infeksiyasından 483 nəfər ölüb.
İranda ötən sutka ərzində yeni növ koronavirus infeksiyasından 483 nəfər ölüb.
Şəffaflıq.az-ın məlumatına görə, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib ki, koronavirusdan ölənlərin sayı 45 738 nəfərə çatıb.
Nazirlik rəsmisi həmçinin deyib ki, ötən sutka ərzində 13 721 nəfər koronavirusa yoluxub və beləliklə İranda koronavirusa yoluxanların sayı 880 542 nəfərə çatıb.
Onun sözlərinə görə, İranda indiyədək 617 715 nəfər koronavirusdan sağalıb. Koronavirus daşıyıcılarından 5 824 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Xəbəri paylaş
Facebook-da paylaş