İranda daha 221 nəfər koronavirusdan ölüb

 

İranda ötən sutka ərzində daha 221 nəfər koronavirusdan (COVID19) ölüb.

Şəffaflıq.az məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, beləliklə İranda indiyədək bu virusdan ölənlərin sayı 15 074 nəfərə çatıb.

Sadat Lari əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 2 621 nəfər koronavirusa yoluxub. Beləliklə bu virusa yoluxanların sayı 284 034 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 667 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, indiyədək İranda 247 230 nəfər koronavirusdan sağalıb.

Sadat Lari Mazandaran, Fars, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Rəzəvi Xorasanı, Əlborz, Xuzistan, Lorestan, Gülüstan, Kirman, Zəncan və İlam vilayətlərinin qırmızı zonalar olduğunu deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,25 milyondan çox test həyata keçirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}