Koronavirus İranda geri çəkilmir
İranda son sutka ərzində 2369 nəfərdə koronavirus aşkarlanıb, 75 pasiyent vəfat edib.
Şəffaflıq.az bildirir ki, bunu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi Sima Sadat Lari açıqlayıb.
Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 182542-yə, bu virusdan ölənlərin sayı isə 8659-a yüksəlib.
Nazirlik sözçüsü bildirib ki, Huzestan əyaləti ilə yanaşı, “qırmızı zona”ya Hörmüzqan, Kürdistan, Şərqi Azərbaycan və Loristan da daxil edilib.
Xəbəri paylaş
Facebook-da paylaş