Gürcüstanın baş infeksionistinin halı PİSLƏŞDİ

Koronavirusa yoluxan Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadzenin sağlamlıq durumu ağırlaşıb.
Şəffaflıq.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.
Yüksək temperaturu olan T.Tsertsvadzeyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Qeyd edək ki, baş infeksionistdə COVID-19 noyabrın 17-də aşkarlanıb. O, bu günədək ev şəraitində müalicə olunurdu. T.Tsertsvadzenin həyat yoldaşı Ana Topuriya da xəstəliyə tutulub. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}