“Soçi”nin 10 futbolçusu xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiyanın “Soçi” futbol klubunun 10 nəfər oyunçusu infeksiyaya yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Futbolçuların temperaturu yüksəlib, boğazı ağrıdığından “Orenburq”la oyundan əvvəl nəzərdə tutulan məşqlər təxirə salınıb.
“Yüksək hərarətləri var idi. Bir yerdə olduqlarından, güman ki yoluxublar”, - deyə klubun baş direktoru Dmitri Rubaşko bildirib. Onun sözlərinə görə, növbəti oyunadək futbolçuların vəziyyətinin yaxşılaşacağına ümid edir.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş