Paşinyan rejimi indi də öz xalqına müharibə elan edib

Müharibədə məğlub olan Ermənistanda demokratik azadlıqların tapdanması adi hala çevrilib. Ölkədə fərqli düşünənlərə qarşı, sözün əsl mənasında, müharibə elan olunub.
Şəffaflıq.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın göstərişinə əsasən, Ermənistanda kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, siyasi fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur. Ölkədə media sərt senzura şəraitində fəaliyyət göstərir, QHT-lərin fəaliyyəti tam məhdudlaşdırılıb.
Artıq etirazçıların qətlə yetirilməsi halları da müşahidə olunur. Noyabrın 13-də Yerevanda Razdan körpüsünün altında Ermənistan parlamentinin binasına daxil olan şəxslərdən birinin cəsədi tapılıb.
Bundan öncə Milli Təhlükəsizlik Xidməti parlamentin vitse-spikeri Eduard Şarmazanovu, “Vətən” partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanı, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanı, parlamentin sabiq vitse-spikeri Ara Saakyanı həbs edib. Daha əvvəl Daşnaksütyun partiyasının rəhbərliyində olan İşxan Saqatelyan saxlanılıb.
Parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zoqrabyan ona güclü təzyiqlər olduğunu və əgər başına bir iş gələrsə, bunda Paşinyanın günahkar olacağını bəyan edib.
“Mənim addımım” fraksiyasının üzvü deputat Vardan Atabekyan Nikol Paşinyanın imzaladığı kapitulyasiya bəyanatından narazılığını ifadə etdiyinə görə onun evinə hücum təşkil edilib.
Təqib və təzyiqin adi hal aldığı Ermənistanda təkcə siyasi fəallar deyil, onların yaxınları da basqılara məruz qalır. Hüquq-mühafizə orqanlarının əməkdaşları “Ayrenik” partiyasının sədri Artur Vanesyanın valideynlərinin mənzilinə daxil olaraq orada axtarış həyata keçiriblər.
Əhaliyə etiraz aksiyalarına çıxmaq qadağan olunur, fəallar, onların ailə üzvləri qorxudulur.
Faktiki olaraq xarici ölkələrin əlində oyuncağa çevrilmiş Paşinyan rejimi erməni xalqına müharibə elan edib.
Maraqlıdır ki, insan haqları haqqında gen-bol danışan Qərb dairələri Ermənistanda baş verən bu biabırçılığa göz yumurlar. Belə görünür ki, Ermənistan rəhbərliyi həmin dairələrin gözündə xüsusi imtiyaza malikdir, bu ölkədə hakimiyyət tərəfindən insanları öldürmək, həbs etmək, işgəncə vermək olar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}