Ermənistan parlamentində Paşinyanın istefası tələb olundu
Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin - müxalif Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) sədri Qaqik Tsarukyan baş nazir Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edib.
Bu barədə Şəffaflıq.az “İnterfaks”a istinadən xəbər verir.
Onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib.
“İnvestisiya yoxdur, iqtisadiyyat inkişaf etmir, koronavirusla mübarizə uğursuz oldu”, - Q.Tsarukyan söyləyib.
Eyni zamanda, parlamentdəki üçüncü ən böyük siyasi qüvvə olan İşıqlı Ermənistan Partiyası (İEP) da hökumətin ölkədə islahatlar aparmağa qadir olmadığını hesab edir.
İEP-dən ÇEP ilə danışıqlar aparılmadığı, lakin bunun istisna da təşkil etmədiyi vurğulanıb.
Facebook-da paylaş