QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı

  Bu gün Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş Assambleyasının plenar iclasında Azərbaycan və Ermənistan deputatları arasında ciddi mübahisə düşüb.

Şəffaflıq.az "Trend"ə istinadən  xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistandan olan bir deputat çıxışında "arsax"da "demokratik seçki keçirildiyini" elan edib:

"Mən onun çıxışından sonra təcili söz alaraq beynəlxalq tədbir sədrindən Ermənistan deputatının siyasi təxribatının qarşısının alınmasını tələb etdim.

Bildirdim ki, heç bir "arsax" yoxdur, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri var, bu ərazidə yaradılmış Ermənistan işğalçı rejimi var. Bu ərazilərdə qeyri-qanuni olaraq Ermənistan hərbi qüvvələri var. Ermənistan rəsmiləri vaxtaşırı işğal edilmiş ərazilərə gələrək beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Ermənistan daima beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yeridir.

Eyni zamanda bildirdim ki, Azərbaycan öz torpaqlarının işğalına dözməyəcək, diplomatik, ya hərbi yolla torpaqlarımız mütləq azad ediləcək".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}