Araik Arutyunyan Putinə açıq məktub yazıb, yalvarıb



Qondarma və tanınmamış “DQR”in prezidenti  Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edib.

 Şəffaflıq.az "Musavat.com"-a istinadən xəbər verir ki, baş terrorçu Araik Arutyunyan müraciətində Putindən Qarabağda savaşın dayandırılmasını, siyasi proseslərin davam etdirilməsi üçün əlindən gələni etməsini istəyib.

Erməni icmasının lideri sayılı günləri qalan "respublika"nın süqutu ərəfəsində belə tarixi saxtalaşdırmaqdan çəkinmir və yazır ki, 19-cu əsrin ikinci yarısında "Artsax"ın inzibati və siyasi mərkəzi olan Şuşa bütün Qafqazın mədəni və iqtisadi həyatında mühüm rol oynayıb.

Daha sonra Araik Arutyunyan II dünya müharibəsində qarabağlı ermənilərin fəal iştirak etdiyini, yenə də tarixi saxtalaşdıraraq, döyüşlərdə 90 min qarabağlı erməninin döyüşdüyünü, onların yarısının həlak olduğunu qeyd edərək, Rusiya prezidentinə minnət qoymağa çalışıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}