Rusiyadan Ermənistana silah tədarükü davam edir
Azərbaycan hökumətinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan ICAO-ya rəsmi müraciət edərək Ermənistan hökuməti tərəfindən qeydiyyata alınmış mülki təyyarələrdən istifadə edilmıklə Ermənistana silah tədarükü faktını araşdırmağı xahiş etməsi barədə məlumat vermişdik.
Şəffaflıq.az Virtualaz.org-a istinadən təəssüflə bildirir ki, beynəlxalq təşkilat indiyədək müvafiq araşdırma aparmayıb.
Halbuki Zvartnots hava limanına humanitar yardım adı altında mülki təyyarələrdə silah tədarükü davam edir.
Virtualaz.org-un məlumatına görə, 18 oktyabrda səhər saatlarında Novosibirskdən bir hərbi yükün, Mineralnıye Vodıdən isə 7 silah yükünün tədarükü planlaşdırılır. Silah tədarükünün sanksiyalara məruz qalan şübhəli Atlantis European Airways şirkətinə məxsus təyyarənin göyərtəsində davam etməsi diqqət çəkir.
17 oktyabrda silahlar Rusiyadan Ermənistana IL-76 hərbi nəqliyyat təyyarəsi ilə çatdırılıb. Beş çatdırılma Mineralnıye Vodı, Vnukovo və Novosibirsk hava limanlarından həyata keçirilib.
Virtualaz.org-a məlum olub ki, Rusiya Mülki Administrasiyası hərbi-nəqliyyat təyyarələrinin Yerevana uçuş marşrutlarının məntəqələrini gizlədir. Məsələn, oktyabrın 17-də Yerevandan hərbi yük təyyarəsi uçub. Və sonra bu hava gəmisi gizli olaraq Mineralnıye Vodı-ya atılıb. Buradan isə Ermənistan istiqamətində uçub və oktyabrın 18-nə keçən gecə Yerevana enib.
Bu gün, 18 oktyabrda isə Rusiyadan Zvartnots hava limanına dörd hərbi yük təyyarəsinin çatdırılması planlaşdırılır.
Facebook-da paylaş