İbrahim Kalın: “Qarabağ “mübahisəli ərazi” deyil, tarixi Azərbaycan torpağıdır”
Tarixi unudaraq Dağlıq Qarabağda yaşayan ermənilərin sayının azərbaycanlılardan daha çox olduğunu demək böyük səhvdir.
Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində deyib.
O, qeyd edib ki, Azərbaycan bu gün öz torpaqları uğrunda mübarizə aparır. Qarabağ bəzi Qərb, erməni KİV-in yazdığı kimi “mübahisəli ərazi” deyil. Qarabağ Azərbaycan ərazisidir və Ermənistan tərəfindən işğal olunub.
Kalın bildirib ki, 30 ilə yaxın müddətdir ki, bütün beynəlxalq təşkilatların rəsmi sənədlərində bu ərazilər Azərbaycan torpaqları kimi qeyd olunub.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş