İranlı professor: Beynəlxalq sənədlər ərazilərin Azərbaycana aid olduğunu qeyd edir
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi başda olmaqla, digər beynəlxalq təşkilatların qətnamə və sənədləri Dağlıq Qarabağ və ətraf 7 rayonun Azərbaycana aid olduğunu açıq-aşkar şəkildə qeyd edir.
Bunu öz açıqlamasında beynəlxalq hüquq məsələləri üzrə iranlı professor Yusif Movlayi deyib.
Y.Movlayinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrində (822, 853, 874, 884) Ermənistandan dərhal Azərbaycana aid işğal olunmuş ərazilərdən çıxması tələb olunub. Eyni zamanda Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşması, mülki əhalini qətlə yetirməməsi istənilib.
Movlayi deyib ki, istisna olmadan bütün beynəlxalq sənədlər Ermənistanın işğalçı olduğunu bildirir və bu ölkənin Dağlıq Qarabağdakı hərəkətlərini məhkum edir.
Movlayi əlavə edib ki, BMT Baş Assambleyası da Ermənistan əleyhinə qətnamə təsdiqləyərək bu ölkəni təcavüzkar adlandırıb və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edib.
İranlı professor qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı, NATO, ATƏT Ermənistanın işğalçılığını qınayan bəyanatlar verib.
“Bütün bunlara baxmayaraq, təcavüzkarın işğal olunan ərazilərdən çıxmağa məcbur edilməsi üçün heç bir beynəlxalq mexanizm yoxdur və buna görə, Dağlıq Qarabağ münaqişəsi həll edilməyib” –deyə o qeyd edib.
Movlayi deyib ki, Ermənistanın Dağlıq Qarabağ haqda hər hansı iddiası ola bilməz. Çünki ümumiyyətlə orada erməni olmayıb.
İranlı professorun sözlərinə görə, 1918-ci illərdə Dağlıq Qarabağın əhalisinin 70-80% azərbaycanlılar olub. Ermənilər sonradan Qarabağa köçürülüb.
Şəffaflıq.az
Facebook-da paylaş