Türkiyədə 1 716 yeni yoluxma aşkarlanıb
Son sutkada Türkiyədə koronavirusa 1 716 yeni yoluxma aşkarlanıb.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, son gün ərzində ölkədə təhlükəli infeksiyadan 63 nəfər ölüb. Beləliklə, pandemiya ərzində koronavirusdan ölənlərin ümumi sayı 7 119 nəfərə yüksəlib.
Son gün ərzində daha 1 225 pasiyent koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların sayı 260 058 nəfərə çatıb.
Xəbəri paylaş
Facebook-da paylaş