Türkiyədə koronavirusla bağlı son statistika

 

Son sutkada Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 728 nəfəri ötüb.

Son sutkada Türkiyədə koronavirusa 987 yeni yoluxma qeydə alınıb. Hazırda qonşu ölkədə koronavirus xəstələrinin ümumi sayı 232 856 nəfər təşkil edir.  

Fahrettin Koca qeyd edib ki, bu gün 978 koronavirus pasiyenti sağalıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 216 494 nəfərə yüksəlib.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}