Suriya İsrailin raket hücumunu dəf edib

 

Suriyanın hava hücumundan müdafiə sistemləri Xüms şəhərinin yaxınlığında raket hücumunu dəf edib.


Şəffaflıq.az bildirir ki, məlumatı SANA agentliyi yayıb.

Agentliyin məlumatına görə, zərbələr İsrail tərəfindən həyata keçirilib.

Suriyanın dövlət telekanalı "İxbariya" isə İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Şərqi Xüms əyalətindəki Tifor hava bazasına raket hücumu başlatdığını bildirib.

Bununla bağlı RİA Novosti-nin sorğusuna cavab olaraq İsrail ordusundan deyiblər ki, xarici mətbuatda yer alan xəbərlərə münasibət bildirmirlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}