ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub
Suriyanın şimal-şərqində yerləşən Haseke əyalətindəki qeyri-qanuni ABŞ hərbi bazası raket atəşinə tutulub.
Şəffaflıq.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Suriyanın “Al-Watan” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Əl-Şəddadi şəhərində qanunsuz yerləşdirilən ABŞ hərbi bazasına naməlum şəxslər tərəfindən atəş açılıb.
Qeyd edək ki, son aylarda mediada Suriyanın Əl-Haseke və Deyr əz-Zor əyalətlərində naməlum bölmələrin ABŞ hərbi qüvvələrinə hücumları barədə müntəzəm məlumatlar yayılır. Lakin Pentaqon bu məlumatı təkzib edir.
Xəbəri paylaş
Facebook-da paylaş