İsraildən İrana təhdid: “DÖYÜŞƏ HAZIRLAŞIRIQ”

 

Şəffaflıq.az xəbər verir ki, İsrailin Baş Qərargah rəisi Aviv Kohav İranın Suriya və İraqa yerləşməsinə imkan verməyəcəklərini bildirərək təhdid edib: “İran ilə məhdud döyüş ehtimalı mövcuddur və buna hazırlaşırıq”.

İranın Baş Qərargah rəisi Aviv Kohav İranın İnqilab Keşikçiləri Korpusuna daxil olan Qüds Qüvvələrinin İraqa müasir silahlar daxil elədiyini iddia edərək deyib: “İranın Suriya və İraqa yerləşməsinə imkan verməyəcəyik. İranla məhdud döyüş ehtimalı mövcuddur və buna hazırlaşırıq”.
İsrail 19 iyul tarixində F-35 təyyarəsi ilə İraqın Səlahddin rayonundakı Əmirli Hərbi Düşərgəsində, 28 iyul tarixində də paytaxt Bağdad şəhərinin şimal-şərqindəki bir hərbi düşərgədə İrana məxsus raket qurğularının olduğu anbarı vurduğu iddia edilmiş, İsrail tərəfdən isə bu iddialar nə təsdiq, nə də təkzib edilmişdi.

İsrailin baş naziri Binyamin Netanyahu isə avqust ayında Ukraynanın paytaxtı Kiyev şəhərində verdiyi açıqlamada  “İraqda İrana məxsus hərbi hədəflərin iyul ayında İsrail tərəfindən vurulduğuna” işarə vurmuşdu.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}