Bakıda qanunsuz quraşdırılan köşklər götürüldü
Şəffaflıq.az bildirir ki,bu barədə FHN-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin köşklər yaşıllıq zolağında quraşdırıldığından və icazə sənədləri təqdim edilmədiyindən qeyri-qanuni hesab edilib.
Odur ki, göstərilən köşklər FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə 2 sentyabr 2020-ci il tarixində ərazidən götürülüb.
Facebook-da paylaş