Xətai rayonunda F-1 əl qumbarası aşkarlanıb
ANAMA-dan bildirilən məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı Şəhər Baş Polis İdarəsinin Xətai Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri, Xətai Rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə qeyd olunmuş əraziyə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin FHN-in əməkdaşları ilə birlikdə həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaranın ətrafı agentliyin mütəxəssisləri tərəfindən 200 kvadratmetr yerüstü, 150 kvadratmetr isə yeraltı yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.AZƏRTAC
Facebook-da paylaş