Boranı bitkisinin faydaları - Nutrisioloq məsləhəti
Artıq boranının yetişmə mövsümü başlayır. Bu tərəvəz növü özünün dadı və qidalılıq göstəricisinə görə, haqlı olaraq, insanların gündəlik qida rasionuna daxil edilməyə layiqdir.
Onun məhz kimlərə fayda verə biləcəyi barədə Yelizavetsk xəstəxanasının dietoloq-nutrisioloqu Olqa Kondratenko danışıb.
«Boranı dietoloji nöqteyi-nəzərdən gerçək tapıntıdır. O, hamı üçün vitamin anbarıdır. Onun əsas funksiyası orqanizmi təmizləməkdən ibarətdir - proses onun tərkibindəki yumşaq kletçatkanın hesabına baş verir. Boranı orqanizmdən artıq suyu çıxardır, ona görə də bu tərəvəzi hamilə qadınlara və mədə-bağırsaq patalogiyası olan pasiyentlərə məsləhət görürlər» - deyə, həkim izah edib.
Mütəxəssis qeyd edib ki, boranı adaptogendir və ya immunosimulyatordur - immuniteti möhkəmlədir və viruslarla mübarizədə orqanizmə kömək edir. Onun antioksidant və cavanlaşdırıcı funksiyası da var - sink, kalsium və selenlə zəngindir. O, görmə üçün də faydalıdır - tərkibindəki karotinoid və qlüten sayəsində.
Şəffaflıq.az
Facebook-da paylaş