Duzdan tamamilə imtina təhlükəlidir - Dietoloq məsləhəti

 

Moskvalı həkim-dietoloq Yelena Solomatina qida rasionundan duzu tamamilə kənar etməyi məsləhət bilmir.

Tibb elmləri namizədi Sputnik radiosuna verdiyi müsahibədə izah edib ki, əslində natrium-xlorid orqanizm üçün faydalıdır. Onun sözlərinə görə, duz olmadan əsəb-əzələ ötürməsi mümkün deyil. Eyni zamanda bu məhsul orqanizmdə xlorid turşusunun və mədə şirəsinin sintezi üçün lazımdır.

Bu zaman ekspert qeyd edib ki, duzun faydalı xassəsi onun adekvat miqdarda istifadəsi zamanı meydana gəlir - gün ərzində 3-5 qram qəbul edildikdə.

Solomatina əlavə edib ki, isti şəraitdə yaşayan və ya idmanla məşğul olan insanlar üçün daha çox duz qəbul etmək lazımdır.

Həkim onu da qeyd edib ki, əksər hallarda insanlar adəti üzrə duzdan daha çox istifadə edirlər. «Dad reseptorları müəyyən dada öyrəşirlər və daim duzun miqdarını atırsaq, o zaman bütün qidalar bizə duzsuz təsiri bağışayacaq» - deyə, dietoloq əlavə edib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}