Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq

 

"Türk milləti olaraq nə kimsənin haqqını yeyərik, nə də haqqımızı yedirdərik. Aralıq və Egey dənizlərində kimsənin piratlığına və quldurluğuna göz yummarıq."

Şəffaflıq.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq dənizində baş verənlərə münasibət bildirərkən deyib. Ərdoğan Yunanıstan və onun arxasında duran Fransa, Almaniya kimi dövlətlərə sərt xəbərdarlıq edib.

"Aralıq dənizində ən uzun sahil xəttinə sahib olan ölkəmizi heç kim Antalya sahillərində məhdudlaşdıra bilməz. Dənizlərdə millətimizin və kiprli türklərin hüquqlarını tam şəkildə müdafiə etməyə qərarlıyıq.

"Köhnə müstəmləkəçilərin qazına gələn Yunanıstana yaxın tarixlərini oxumağı tövsiyyə edirəm. Türkiyə 3 tərəfdən dənizlə əhatə olunmuş, iqlimi və coğrafi üstünlükləri olan bir ölkədir" - Ərdoğan belə deyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}