Rusiyanın Ukraynaya aviazərbələrindən sonra Polşa qırıcıları havaya qaldırılıb


Rusiyanın Qərbi Ukraynaya aviazərbələr endirməsindən sonra Polşa və NATO üzrə müttəfiq ölkələrin qırıcı təyyarələri havaya qaldırılıb.

Şəffaflıq.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığının "X" hesabında bildirilib.

"Qırıcı təyyarələr havaya qaldırılıb, yerüstü hava hücumundan müdafiə və radiolokasiya sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib", - məlumatda deyilib.

Qeyd olunub ki, bu tədbirlər preventiv xarakter daşıyır, hava məkanının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsinə yönəlib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}