Avtobusu güllələyənlər tutuldular (YENİLƏNDİ)

Xəbər verdiyimiz kimi Kiyev-Xarkov magistralında “Vətənpərvərlər – Həyat üçün” hərəkatının üzvlərinin olduğu avtobus avtomat silahlardan atəşə tutulub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna Dumasının deputatı İlya Kiva məlumat verib.
O bildirib ki, bir neçə nəfər cinayətkarlar tərəfindən oğurlanıb.
Deputat hücum edən şəxslərin "Azov" batalyonunun üzvləri olduğunu bildirib.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.


22:34

Kiyev-Xarkov şossesində içərisində “Vətənpərvərlər – Həyat naminə” ictimai hərəkatının üzvlərinin olduğu mikroavtobus atəşə tutulub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ukrayna Radasının deputatı İlya Kiva özünün "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, hücum zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb, şəxsiyyətləri hələlik bilinməyən bir neçə nəfər isə girov götürülüb. Silahlı hücumun “Azov” batalyonunun nümayəndələri tərəfindən edildiyi bildirilir.
Polis faktla bağlı araşdırmalara başlayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}