Gəncədə antikorrupsiya əməliyyatı: Elmar Vəliyevə yaxın olan iki məmur saxlanıldı
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gəncə şəhərində əməliyyat keçirib. Şəffaflıq.az Pravda.az-a istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində Elmar Vəliyevin icra başçısı olduğu dönəmdə Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş şəxslər – Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıblar. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, hər iki şəxs E. Vəliyevin yaxın adamları hesab olunur.
Xəbəri paylaş
Facebook-da paylaş