Kürdəmirin İcra başçısı, onun birinci müavini və şöbə müdiri saxlanıb


 

Kürdəmirdə keçirilən əməliyyat zamanı icra başçısı da daxil olmaqla bir neçə vəzifəli şəxs saxlanıb.

Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanıblar.

Hazırda əməliyyat davam edir. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}