Rusiyada miqrantların viza proseduru çətinləşdirilir
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin miqrantlarla bağlı dediyi sözlər onların bu ölkədəki həyat şərtlərinin ağırlaşacağını düşünməyə əsas verir.
Keçmiş prezident işçi vizası prosedurunun çətinləşdiriləcəyi mesajını verib.
Şəffaflıq.az xəbər verir ki, Medvedev pandemiya dövründə miqrantların 40 faizinin işini itirdiyi, buna görə də kriminal həyata başladığını bildirmişdi. “Superjob” tədqiqat mərkəzinin sorğusu rusların əksərinin yeni qaydaları bəyəndiyini göstərir. Respondentlərin 60 faizi Medvedevin ideyasını alqışlayır. Fikri soruşulanların yalnız 15 faizi yeniliyə neqativ yanaşıb.
Medvedevin ideyasını dəstəkləyənlərin 68 faizi 45 yaşdan yuxarı ruslar olub. Ümumiyyətlə, daha çox kişilər miqrantların iş imkanlarının məhdudlaşdırılmasının tərəfdarıdır. Viza qaydalarının sərtləşdirilməsini istəyənlərin 67 faizi ayda 80 min (təxminən 1100 dollardan) rubldan çox qazananlardır. Aylıq qazancı 30 min rubldan az olanlar miqrantlara daha yumşaq yanaşır.
Facebook-da paylaş