Fuad Abbasova DƏSTƏK -Azərbaycanlı milyarder Zirehli maşınını təklif etdi (FOTO)
Şəffaflıq.az həmin müraciəti o lduğu kimi təqdim edirik:
"Hörmətli həmvətənlər!
Yəqin ki, əksəriyyətiniz tanınmış azərbaycanlı jurnalist Fuad Abbasovun həmin axşamkı birbaşa efirini izləmisiniz. Ermənilər onu millətlər arasında ədavəti qızışdırmaqda təqsirləndirərək, ona qarşı cinayət işinin başlanması tələbilə imza toplayırlar. Bizim mənfur qonşular həm də Fuadı "Facebook" sosial şəbəkəsindən və "Youtube" videobloqundan sıxışdırıb çıxarmaq üçün kampaniyaya başlayıblar. Onlar Fuadın "Facebook" səhifəsini və "Youtube" kanalını bağlamaq istəyirlər. Ermənilər onun bu internet resurslardakı materiallarını da blok etmək üçün kampaniya start veriblər. Bundan başqa, onlar hətta Fuad Abbasovun ünvanına açıq təhdidlərə keçiblər.
Çox təəssüf ki, Fuad Abbasovun təqibində həmçinin bizim bəzi həmvətənlərimiz də iştirak edirlər. Öz tanınmış həmvətənlərinə dəstək vermək yerinə bəzi azərbaycanlıların onun ünvanına olan hədələrə qoşulduğunu eşitmək mənə çox ağırdır. Bu hədələrlə bağlı olaraq mən Fuad Abbasova öz zirehli avtomobilimi və mühafizəçilərimi təklif etdim, lakin o imtina etdi. Buna baxmayaraq, mən bundan sonra da ona mənəvi, hüquqi və maddi dəstək göstərməyə hazıram.
Lakin, bəzi şeylər var ki, mənim təkbaşına gücüm çatmır. Bu Fuad Abbasova olan ümumxalq dəstəyidir. Hesab edirəm ki, belə bir kritik məqamda hər bir əsil azərbaycanlı vətənprəvər ona mənəvi dəstək nümayiş etdirməlidir. Bütün dünyadakı həmvətənlərimizi "Facebook" və "Youtube"da Fuad Abbasova dəstək kampaniyasına başlamağa çağırıram.
Bundan əlavə, Rusiyada, ilk növbədə isə Moskvada dərhal ona dəstək mqəsədilə imza toplamalıyıq. Ermənilərin ona qarşı imzalarından daha çox imza toplaya bilməyimiz üçün Fuad Abbasova dəstək kampaniyamız çox fəal olmalıdır.
Fuad Abbasovun həbsi azərbaycan xalqına və bütün türk dünyasına əsil zərbə ola bilər. Bizim haqqımız çatmır ki, erməni millətçiləri ilə mübarizədə onu yalnız qoyaq. Biz mütəşəkkil və kütləvi şəkildə tanınmış jurnalist həmvətənimizin hüquq və maraqlarını qorumalıyıq. Bu gün Fuad Abbasov rus telekanallarında Azərbaycanın və Türkiyənin səsidir. O davamlı və çox effektiv şəkildə Azərbaycan və Türkiyənin milli maraqlarını müdafiə edir. Buna görə də bütün həmvətənlərimizi mümkün olan bütün hüquqi metodlarla Fuad Abbasova dəstək verməyə, onun həbsinə, o cümlədən "Facebook" səhifəsinin və "Youtube" kanalının bağlanmasına imkan verməməyə çağırıram".BAKU.WS
Şəffaflıq.az
Facebook-da paylaş