Neft bazarı yenə təhlükə qarşısında: qiymətlər gələn il də artmaya bilər
Neft bazarı martdan özünə gələ bilmir. Bir tərəfdən qlobal səhiyyə böhranı, digər yandan OPEK üzvləri arasındakı fikir ayrılığı qiymətlərə çox təsir göstərib.
Bu müddət ərzində “Brent”in bareli 45 həddini çətinliklə keçib. Amma iyulun 31-də gün ərzində baş verənlər nikbinliyə əsas vermir.
Şəffaflıq.az xəbər verir ki, neft bazarı yenə təhlükə qarşısındadır. Yanacaq dəyər itirməyə başlayıb. Gün ərzində “Brent”in barelinin hətta 42 dollara təklif edildiyi saatlar da olub. OPEK yenə çətin vəziyyətdədir. Təklifin tələbi aşması belə azuolunmaz mənzərə yaradıb. Ya hasilat yenə azaldılmalı, ya da qiymətin belə aşağı həddi ilə hələ uzun müddət barışmaq lazımdır.
“Rystad Energy” şirkətinin ekperti Byornar Tonhaugen deyir ki, OPEK avqustdan hasilatı artırmaq istəyir, bunun isə yalnız neqativ nəticəsi ola bilər. Qiymətlərin yenə kəskin düşməsi mümkündür.
İndidən bədbin proqnozlar havada uçur. Mütəxəssislər gələn il də qiymətlərin artmayacağını, barelin 45 dollar həddini keçməyəcəyini bildirir. Qarşıdakı 10 ildə isə 55 dolların maksimal hədd olacağını deyirlər.
Facebook-da paylaş