Çin ABŞ-dakı Baş Konsulluğunu bağlayıb
Çinli diplomatlar ABŞ-ın Hyuston şəhərindəki Baş Konsulluğu tərk ediblər.
Şəffaflıq.az xəbər verir ki, məlumatı “Houston Chronicle” qəzeti yayıb.
Bildirilib ki, Baş Konsulluğun binasından 3 furqon çıxıb, onlardan 2-si diplomatik dövlət nömrə nişanlı olub. Çinli diplomatlar binanı tərk etdikdən sonra ora amerikalı məmurlar daxil olublar.
Qeyd edək ki, iyulun 22-də ABŞ Çindən Hyustondakı Baş Konsulluğun fəaliyyətini 72 saata dayandırmağı tələb etmişdi.
Xəbəri paylaş
Facebook-da paylaş